"Gənclərinə göstərilən diqqət və qayğı öz bəhrəsini verməkdədir"

Rəşxan Qaraşlı: “Xaricdən ayrılan maliyyə vəsaitləri ilə ələ alınan gənclər kifayət qədər azdır”
"Gənclərinə göstərilən diqqət və qayğı öz bəhrəsini verməkdədir"

"Azərbaycan gənclərinə proqramlı şəkildə göstərilən diqqət və qayğı öz bəhrəsini verməkdədir. Buna baxmayaraq, kimlərinsə məqsədli şəkildə, mənşəyi bəlli olmayan pullarla gəncləri ələ almağa çalışması gec atılmış addımdır". Bunu SİA-ya Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin sədri Rəşxan Qaraşlı Əli Kərimlinin gəncləri mənbəyi bəlli olmayan çirkli pullarla ələ almaq məqsədi ilə atdığı addımı şərh edərkən deyib.

Onun sözlərinə görə, Əli Kərimli kimiləri hər zaman gecikmiş addımlar atırlar: "Xaricdən ayrılan maliyyə vəsaitləri ilə ələ alınan gənclər kifayət qədər azdır. Ona görə də Əli Kərimli kimilərin belə yollarla gəncləri ələ almağa çalışmasının heç bir təhlükəsi yoxdur. Çünki Azərbaycanda sağlam düşüncəli hər bir kəs öz vətənini sevir. Ancaq, hər hansı bir gənc bu "maddi yardımı" şər qüvvələrdən qəbul edirlərsə, təklif edərdim ki, onlar bir daha atdıqları addımı ölçüb-biçsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə