"Jurnalistlər cəbhə xəttində ciddi qadağa rejimi altında olmalıdır" Münasibət
"Mətbuat nümayəndələri müharibə şəraitində işləməyə fərqli aspektdən yanaşmalıdırlar. Hesab edirəm ki, ən adi məsələləri özümüz üçün kəşfiyyat sirri xarakterində görməyə bilərik, lakin düşmən bu kimi məlumatları əldə etmək üçün bir çox çətinliklər çəkir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc jurnalistlərin hərbi sirləri həddindən artıq çox işıqlandırılması məsələsinin düzgün olub-olmaması məsələsinə aydınlıq gətirərkən deyib.
Millət vəkili məsələ ilə bağlı misal çəkərək bildirib ki, bu gün bir çox dövlət qurumlarında android və smartfon tipli telefon və planşetlərlə içəri girmək qadağan olunursa, deməli bizə bəllidir ki, Çeçen üsyançılarının rəhbəri Cövhər Dudayevi qətlə yetirənlər bu koordinasiya sistemində onu dayandığı yeri aşkar etdikdən sonra ediblər: "Bir insanın yerini mobil rabitə vasitəsi ilə təyin etdikdən sonra onu öldürmək elə də çətin məsələ deyil. Belə olduğu halda, KİV nümayəndələrinin cəbhə xəttində daha ciddi qadağa rejimi altında olmağını qanunvericilik cəhətindən tənzimləməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB