İlqar Orucov: “Azərbaycan gəncliyi öz liderini müəyyənləşdirib və onun ətrafında da sıx birləşib”

İlqar Orucov: “Azərbaycan gəncliyi öz liderini müəyyənləşdirib və onun ətrafında da sıx birləşib”

"Cəmiyyətə liderlər deyə təqdim edilən insanlar əslində liderlik keyfiyyətlərinə malik olmamalarını sübut ediblər". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru İlqar Orucov müxalifət daxilində gənclər qurumları adı altında yaradılan təşkilatların fəaliyyətinə münasibət bildirərkən dedi.

Bu kimi halların sağlam düşüncəli Azərbaycan gəncliyi tərəfindən real qəbul olunmadığını da qeyd edən İlqar Orucov bildirdi ki, onların məqsədləri yalnız şəxsi ambisiyalara xidmət etməkdən ibarətdir: "Bunu bütün cəmiyyət bilir və bunları lider olaraq qəbul etmir. Yəni, o insanlar yalnız şəxsi ambisiyalar naminə insanlardan istifadə etmək məqsədini qarşılarına qoyublar və illərdir Azərbaycan siyasətinə də ozlərini müxalifət liderləri, "gəncləri ətraflarında birləşdirən" tərəflər qismində calaq etmək istəyirlər. Olsa-olsa, hələ də onlara aldanan yüz-yüz əlli insan bunların ardınca gedir, bir də öz qohum əqrəbalarının az bir hissəsi. Əslində, Azərbaycan gəncliyi öz liderini müəyyənləşdirib və onun ətrafında da sıx birləşib. Hər şeyi zaman öz axarına qoyur".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə