Əhməd Oruc: “Fransa səfiri Eldar Namazovu “ana müxalifət” kimi görmək istəyib”

Əhməd Oruc: “Fransa səfiri Eldar Namazovu “ana müxalifət” kimi görmək istəyib”

"Xarici dövlətlərin hər birinini özünün Azərbaycanda ana müxalifət kimi tandığı təşkilat var. Rusiya, ABŞ, Fransa bu dövlətlərin hər biri ayrı-ayrılıqda hansısa bir müxalifət təşkilatını ana müxalifət hesab edir. Fikir verirsizsə, həmin dövlətlərin nümayəndələri nə vaxt Azərbaycana gəlsələr, hansısa müxalifət partiyası ilə görüşürlər. Yəqin, Fransa səfiri Eldar Namazovu ana müxalifət kimi görməyib istəyib deyə onunla görüşüb". Eldar Namazovun Fransanın ölkəmizdəki səfiri P.Mönye və ATƏT-in Minsk qrupunun fransalı həmsədri J.Forla görüşünü şərh edən "Azadlıq" Partiyasının sədri Əhməd Oruc bu fikirləri SİA-ya açıqlamasında bildirib.

Partiya sədri qeyd edib ki, özlərinə "demokratik xətt"in əsas daşıyıcıları kimi təqdim edən müxalifət gah Rusiya meylli, gah da Qərbyönümlü olur: "Faktiki olaraq Azərbaycanda ideoloji müxalifətçilik iflasa uğramış durumdadır".

Ə.Oruc eyni zamanda Rüstəm İbrahimbəyovun Rusiya mətbuatına verdiyi açıqlamasında dediyi "mənim Azərbaycandakı prezident seçkilərindəki iştirakım Don Kixotluq idi" fikrinə də münasibət bildirib: "Ola bilər ki, Rüstəm İbrahimbəyov real təhlillərin olmasını istəmir, bunu qeyri-ciddi bir məsələ kimi ortaya qoymaq istəyir. Hesab edirəm ki, bu düşünülmüş, çox yaxşı oynanılmış bir proyekt idi. Fakt ortadadır ki, Milyarderlər İtiifaqı və Milli Şura Azərbaycanın müstəqilliyini təhdid edirdi. Daha sonra Rusiya Prezidentinin Azərbaycana səfərindən sonra bütün məsələlər həll olundu".

Bütün xəbərlər Facebook səhifəmizdə