Ermənistan iki istiqamətdə müharibə aparır

Sahib Alıyev: “Ermənilər Rusiya-Gürcüstan savaşından olan görüntüləri Azərbaycanın adına yayırlar”
Ermənistan iki istiqamətdə müharibə aparır

"Hazırda informasiya savaşının iki müstəvidə getdiyinin şahidi oluruq. Dövlət müstəvisində və cəmiyyət müstəvisində". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev Ermənistanla informasiya müharibəsində Azərbaycan tərəfinin mövqeyinə fikir bildirərkən deyib.

"Dövlət müstəvisində gedən informasiyaların uğurlu nəticələri hər kəsə məlumdur", - deyə bildirən millət vəkili bunu Xocalı soyqırımının dünyada tanıdılması, Azərbaycan torpaqlarının işğal altında olduğunu bir sıra beynəlxalq təşkilatlar tərəfindən etiraf etdikləri ilə əlaqələndirib: "Bunun da arxasında Azərbaycan dövlətinin uğurlu fəaliyyəti dayanır. Təəssüf hissi ilə qeyd edirəm ki, sosial şəbəkələrdə peşəkarlığın aşağı səviyyədə olduğunu görürük. Ermənilərin bizim əlehimizə olan video görünütüləri böyük məmnuniyyətlə payalaşılır. Ermənilər Rusiya-Gürcüstan savaşından olan görüntüləri Azərbaycanın adına yayırlar ki, guya Azərbaycan Ermənistan ərazisini atəşə tutur. Bəzi insanlar isə bunu dərk etmədən sosial şəbəkələrdə yayırlar".

Bu kimi addımlar atanların nəyə xidmət etdiklərini düşünmədiklərini deyən Sahib Alyev təəssüf hissi ilə vurğulayıb ki, belə hallar dəfələrlə təkrarlanır: "Hesab edirəm ki, bütün jurnalistlər bu məsələ ilə əlaqədar dövlət qurumları ilə mütəmadi iş birliyində olmalıdırlar ki, ən azından cəmiyyətə düzgün informasiya çatdırsınlar. Jurnalistlər peşəkarlıq göstərərək bütün məsələlərə adekvat yanaşmalıdırlar".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə