Əsəd rejimi günahsız insanları öldürməkdən əl çəkmir

Əsəd rejimi günahsız insanları öldürməkdən əl çəkmir

Rəsmi Vaşinqton Əsəd rejiminin öz xalqını qəddarcasına öldürməkdə davam etdiyini bildirib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, ABŞ dövlət katibliyinin açıqlamasında kimyəvi silahlar və işgəncələrlə öz xalqına zülm edən Əsəd rejiminin, indi də barrel bombaları ilə bir neçə gün ərzində yüzlərlə dinc əhalinin ölümünə səbəb olduğu bildirilib. Barrel bombalarının təsirini artırmaq məqsədilə metal parçaları və partlayıcılar doldurulduğuna da diqqət çəkilib.

Açıqlamada bildirib ki, Əsəd rejimi ərzaq yardımlarına mane olaraq insanların aclıqdan ölməsinə səbəb olur, bu da rejimin son vəhşi addımıdır.

Obama hökuməti Suriya xalqının Əsədi əsla qanuni lider olaraq görməyəcəyini bir daha vurğulayıb.

Əsəd rejimini sərt sözlərlə tənqid edən rəsmi Vaşinqton, beynəlxalq ictimaiyyət hərbi başa çatdırmaq üçün addım atarkən Suriya rəhbərliyinin təxribatçılıqla öz əlini gücləndirməyə cəhd göstərdiyini bildirib.

Açıqlamada son yaşananların Cenevrə Sülh Kofransında müsbət nəticə əldə edilməsinə mane olacağı da dilə gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə