Bu ilin 4-14 fevral tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Bolqarıstan və Almaniya Xarici İşlər Nazirlikləri arasında siyasi, Polşa Xarici İşlər Nazirliyi ilə isə siyasi və iqtisadi məsləhətləşmələr keçiriləcək.
XİN-dən SİA-ya verilən məlumata görə, siyasi məsləhətləşmələrdə Azərbaycan tərəfini nazir müavini Xələf Xələfov təmsil edəcək.
Polşa ilə keçiriləcək siyasi və iqtisadi məsləhətləşmələrdə AR İqtisadiyyat və Sənaye nazirinin müavini Niyazi Səfərov da iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB