“Müsavat Partiyasının 100 illik tarixinin 80 ilinin İsa Qəmbərə nə dəxli var?”

“Müsavat Partiyasının 100 illik tarixinin 80 ilinin İsa Qəmbərə nə dəxli var?”

Müsavat Partiyası ilə Azərbaycan Liberal Partiyası (ALP) arasında vəziyyət gərgin müstəviyə keçid alıb. SİA-nın məlumatına görə, ALP sədri Əvəz Temirxan yenidən Müsavata mesaj yollayaraq partiya başqanının dəyişəcəyi təqdirdə həmin təşkilatla əməkdaşlıq edə biləcəkrini deyib: "Müsavat Partiyasının başqanı İsa Qəmbər istefa edərsə və Müsavat Partiyası daha sağlam duşuncəyə malik bir şəxs tərəfindən idarə olunarsa Musavatla əməkdaşlıq mümkün ola bilər".

Lakin Əvəz Temirxanın bu kimi açıqlamasına Müsavat tərəfindən dərhal reaksiya verilib. Partiyanın başqan müavini Gülağa Aslanlı ALP sədrinə cavab olaraq bildirib ki, Müsavat Partiyası ALP-ni real müxalif partiya hesab etmir: "Əvəz Temirxan özünün və təmsil etdiyi siyasi partiyanın Azərbaycan siyasi həyatında hansı rola malik olduğunu müəyyənləşdirsin. Biz Əvəz Temirxan və onun partiyasını real müxalif qüvvə hesab eləmədiyimiz üçün onlarla hansısa şəkildə əməkdaşlıq etmək niyyətində deyilik və belə bir fikrimiz də olmayıb. Əgər ƏvəzTemirxan hesab edirsə ki, Müsavat Partiyası onlara əməkdaşlıq təklif edəcək, yanılır".

Bu arada ALP sədri isə yenidən Gülağa Aslanlının sözlərinə münasibətini elə sosial şəbəkə vasitəsi ilə bildirib. "Müsavat Partiyasının 100 illik tarixinin 80 ilinin İsa Qəmbərə nə dəxli var?" - deyə sual edən Temirxan bundan sonra həmin adda partiya tanımadığını bəyan edib.

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə