Bu gün Niderland Krallığının xarici işlər naziri Frans Timmermans Azərbaycan Respublikasına rəsmi səfər edib. SİA-nın məlumatına görə, səfər çərçivəsində Frans Timmermansın Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.
Görüşdə hər iki nazir arasında həm təkbətək, həm də geniş tərkibdə görüş keçirilib. Elmar Məmmədyarov bildirib ki, Frans Timmermans bu görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.
Vurğulanıb ki, Azərbaycanla Niderland Krallığı arasında əməkdaşlıq yüksək səviyyədə davam edir. Bununla belə Niderland şirkətlərinin ölkəmizdə geniş əməkdaşlığı mövcuddur.
Nazir daha sonra ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərini, eləcə də enerji, Azərbaycanla Avropa İttifaqı arasındakı məsələləri müzakirə edib.
Niderland Krallığının xarici işlər naziri Frans Timmermans isə öz növbəsində Azərbaycanda olmaqdan məmnun olduğunu dilə gətirib: "Qonaqpərvərliyə görə ölkənizə təşəkkürümü bildirirəm. Bu səfər mənim üçün çox vacibdir. Çünki, Azərbaycan iqtisadi imkanlarına görə Niderland Krallığı üçün önəm daşıyır. Bu təkcə neft sahəsində deyil, eləcə də bütün sahələrdə mümkündür".
Qonaq Avropadakı mübahisələrin aradan qaldırılması, dialoqun təşkili və Azərbaycanla Avropa İttifaqı arasındakı əməkdaşlıqdan söhbət açıb və bunun həll olunmasının vacibliyini önə çəkib.
Daha sonra Nazir Elmar Məmmədyarovla görüşdən sonra KİV nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Niderland Krallığının xarici işlər naziri Frans Timmermans Azərbaycanın Nüvə Təhlükəsizliyi Sammitində iştirakı ilə bağlı məsələləri belə şərh edib: "Biz Azərbaycanla bir çox sahlərdə əməkdaşlıq ediriik. Məhz bu sammitdə də iştirak üçün Azərbaycan Prezidenti İlham Əliyevə dəvət göndərilib. Bu məsələlər qlobal xarakter daşıyır. Hesab edirəm ki, burada iştirakına böyük ehtiyac var".
Daha sonra Elmar Məmmədyarov cəbhə xəttində baş verən hadisələrə aydınlıq gətirib: "Bəzi məqamlar var ki, biz onu təhlil edirik. Düşünürük ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar davam etdirilməlidir. Biz ATƏT-in Minsk qrupunun həmsədrləri ilə bu məsələni müzakirə etmişik. Paris görşüdən sonra biz bu danışıqları daha açıq formata keçirmişik. İstəyimiz odur ki, konkret məsələlərdə konkretliyi təmin edək və 2014-cü ildə irəliləyişə nail olaq".
E.Məmmədyarov Suriyada baş verən hadisələrə də toxunub: "Azərbaycan Xarici İşlər Nazirliyi Suriyada gedən döyüşlərdə Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı KİV-də yayılan xəbərləri diqqətlə izləyir. Bu kimi halların qarşısını almaq üçün bütün mümkün imkanlardan istifadə ediləcək. Təbii haldır ki, biz vətəndaşlarımızın Suriyada həlak olmasını istəmirik. Buna görə də belə halların qarşısını almaq üçün lazımi addımlar atılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB