Elmar Məmmədyarov: "Biz vətəndaşlarımızın Suriyada həlak olmasını istəmirik"
"Azərbaycan Xarici İşlər Nazirliyi Suriyada gedən döyüşlərdə Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı KİV-də yayılan xəbərləri diqqətlə izləyir". SİA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Niderland Krallığının xarici işlər naziri Frans Timmermans ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu kimi halların qarşısını almaq üçün bütün mümkün imkanlardan istifadə ediləcək: "Təbii haldır ki, biz vətəndaşlarımızın Suriyada həlak olmasını istəmirik. Buna görə də belə halların qarşısını almaq üçün lazımi addımlar atılacaq".
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB