"Cəbhə bölgəsi ilə bağlı olan məlumatlarda son dərəcə diqqətli və ayıq-sayıq olmaq lazımdır"
"Cəbhə bölgəsi ilə bağlı olan məlumatlarda son dərəcə diqqətli və ayıq-sayıq olmaq lazımdır". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov son zamanlar cəbhə bölgəsində media qrumlarının qaynar nöqtələrdə çəkilişlər aparmaqla Azərbaycan ordusunun dislokasiya noqtələrini erməni tərəfinə nümayiş etdirməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, xüsuilə də cəbhə bölgəsi ilə bağlı olan məlumatlarda son dərəcə diqqətli və ayıq-sayıq olmaq lazımdır.
"Ən xırda detal belə, böyük faciələrə səbəb ola bilər" - deyə qeyd edən hərbi ekspert onu da bildirib ki, son vaxtlar cəbhə bölgəsində baş verən hadisələrin işiqlandırılmasında, baş verən hadisələrin cəmiyyətə çatdırılmasında müəyyən boşluqlar görünür: "Qaynar nöqtələrdə aşkar çəkilişlərin aparılması döyüş əməliyyatlarının aktiv olmayan fazasında o qədər də ürək açmayan mənzərələrdir".
Üzeyir Cəfərov bununla bağlı müvafiq strukturların jurnalistlərə maarifləndirmə kursu keçirməyin mümkünlüyünü də qeyd edib: "Ona görə də, hesab edirəm ki, Müdafiə Nazirliyi hərbi mövzuda yazan jurnalistlər üçün bir maarifləndirmə kursu keçirməlidir. Buna mütləq surətdə ciddi nəzarət lazımdır".
Hərbi ekspertin sözlərinə görə, son günlər cəbhə xəttində məhz jurnalistlərin lazımi bilgilərə sahib olmamaları prolemlər yarada bilər: "Cəbhənin ayrı-ayrı bölgələrində baş verən intensiv atışmaları işıqlandıran zaman jurnalistlər düşmən üçün mühüm əhəmiyyət kəsb edən bəzi məlumatları açıqlayıblar. Xüsusən də, bu tank, ağır texnika məsələsində çox kobud səhvlərə yol verilib. Düşünürəm ki, biz bu məsələlərdə düşmənə heç bir imkan verməməliyik".
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB