"Müsavat Partiyası Rəsulzadə, Elçibəy yolundadır və bunun əksini düşünənlər çox böyük səhv edirlər. Təmsil olunduğum partiyanın yolu, qərarları doğrudur. Bundan heç kim narahat olmasın". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı AXCP sədrinin müavini Nurəddin Məmmədlinin "Əgər Müsavat Partiyasında sağlam qüvvələr, müsavatçılıq ruhunu, Məhəmməd Əmin Rəsulzadə, Elçibəy yolunun davamçısı olmaq iddiasını ortaya qoysalar, həmin andan biz Müsavat Partiyası ilə əməkdaşlıq edəcəyik" fikrinə münasibət bildirərkən söyləyib.
Partiyanın Divan üzvü, həmçinin qeyd edib ki, Nurəddin Məmmədli ya özü, ya da təmsil olunduğu partiya bu yolda olmadığı üçün bizim haqqımızda belə düşünürlər: "Yəqin ki, AXCP özü Rəsulzadə, Elçibəy yolunu getmədiyi üçün Müsavat Partiyası haqqında da belə düşünür. Nurəddin Məmmədlinin həm də mövzu qıtlığı var. Bunun nəticəsidir ki, bu cür fikirlər söyləyir".
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB