"Facebook"-un yaranmasının 10-cu ildönümüdür

"Facebook"-un yaranmasının 10-cu ildönümüdür

Bu gün əsası Mark Zukerberq və onun otaq yoldaşları Eduardo Saverin, Dastin Moskovits və Kris Hyuz tərəfindən qoyulmuş, dünyada ən böyük sosial şəbəkə olan Facebook-un yaranmasının 10-cu ildönümüdür. SİA-nın məlumatına görə, 2004–cü ilin fevral ayında Harvard Universitetinin tələbəsi Mark Zukerberq "Facebook" sosial şəbəkəsini yaratmaq fikrinə düşdü. Yeni sayt Harvard Universiteti tələbələrinin görüş yeri kimi hazırlanmışdı. Bununla yanaşı aktiv iştirakçıların sayı 66 milyonu ötmüşdü və illik satışlar təxminən 150 milyon dollar olurdu. Yeni "Facebook" şəbəkəsinin durmadan sürətli inkişafı və onun məşhurluğu Markı universiteti tərk etməyə sövq etdi. Bu gənc layihəyə ilk olaraq Piter Til investisiya qoydu, daha sonra ödəmə sistemi olan PayPal–la əməkdaşlıq etməyə başladı. Bütün bunlara o, 500 min dollar vəsait qoydu. Bununla durmadan irəliləmə də əldə edildi. 2010-cu ilin oktyabırında Microsoft "Facebook"–un 1,6% səhmini 240 milyon dollara aldı. Bu qiymətə həm də 2011–ci ilə kimi "Facebook"da edilən reklam xidmətləri də daxildir.

Bu gün "Facebook"–un dəyəri bir neçə faktlara görə 15 milyard dollar həcmindədir. Mark Stukerberq 27% səhmə sahibdir və 4 milyard dolların rəhbərliyi ona aid edilir.

Forbes jurnalı bir çox tənqidçilərin və "Facebook" investorlarından fərqli olaraq 1,5 milyard dollarlıq mülklə dünya siyahısında 785 – ci yeri tuturudu. Lakin bütün bunlara baxmayaraq, Mark yenə də dünyanın ən gənc milyarderi hesab olunur.

"Facebook" Azərbaycan dilində

"Facebook"-un Azərbaycan dilinə tərcüməsi 2008-ci ilin yay aylarından başlanılıb. İlk vaxtlarda həvəskarların aktiv olduğu tərcümə prosesinə sonradan xaricdə yaşayan və təhsil alan gənclər də qoşuldular. 3 mərhələdən ibarət olan tərcümə prosesinin ilk mərhələsində yalnız lüğət tərcümə olundu və səsvermə nəticəsində lüğət qəbul olundu. İkinci mərhələdə "Facebook"-un özü tərcümə olundu. Bu mərhələ hələ də başa çatmasa belə, artıq 2 oktyabr 2009-cu il tarixindən etibarən sayt rəsmi olaraq Azərbaycan dilində də fəaliyyət göstərir. İstifadəçilər Hesab Tənzimləmələrindən Dil bölməsində müvafiq olaraq Azərbaycan dilini seçməklə "Facebook"-u bu dildə istifadə edə bilərlər.

"Facebook" "Translations Apps" tətbiqetməsi çərçivəsində istifadəçilər xidməti səhifələrin mətnlərini və saytın menyusunu tərcümə edir, administrasiya isə tərcümənin nəticələrini yoxlayır və üslubun dəyişilməz qalmasına nəzarət edir. İnterfeysin ayrı-ayrı elementlərinin ən yaxşı variantları səsvermə yolu ilə müəyyən olunur. Hal-hazırda tərcümənin çox pərakəndə şəkildə aparılması, tərcümədə hər kəsin asanlıqla iştirak edə bilməsi (ingilis və Azərbaycan dili səviyyəsindən eləcə də tərcümə təcrübəsindən və "xoşniyyətli" olub-olmamasından asılı olmayaraq) və mərkəzi bir idarə sistemi olmaması bəzi məqamlarda tərcümənin keyfiyyətini düşürür.

Bütün xəbərlər Facebook səhifəmizdə