Xocavənd rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatı Xocavənd qəsəbəsində rayon Mədəniyyət Evində "2 Fevral - Azərbaycan Gəncləri günü"nə həsr olunan bədii əyləncəli mərasim keçirib. SİA-nın məlumatına görə, rayon icra hakimiyyətinin məsul işçiləri, bir çox idarə və təşkilat rəhbərləri və gənclər iştirak ediblər.
Tədbirdə gənclərin ifasında mahnılar, şeirlər səsləndirilib, səhnəciklər nümayiş olunub.
Ardınca rayonun ictimai həyatında, gənclərin fiziki və hərbi tərbiyəsinin təşkilində, yeniyetmə və gənclərin iştirakı ilə keçirilən zona və respublika səviyyəli yarışlarda fərqlənən 24 nəfər fəxri fərmanlarla təltif olunub, qiymətli hədiyyələrlə mükafatlandırılıb.
"2 Fevral - Azərbaycan Gəncləri günü"nə həsr olunmuş bədii əyləncəli mərasimdə təltif olunan gənclər:
Rayonun ictimai həyatında fəal iştirakına görə,
- Quliyev Nasir Vəli oğlu;
- İbrahimov Anar Mətləb oğlu;
- Haqverdiyev Elşad Camal oğlu;
- Qədimli Çinarə Səfər qızı;
- Hüseynov Vüsal Cavay oğlu.
Gənclərin hərbi idman oyunlarına, həmçinin "Gənc xilasedici və yanğınsöndürən" yarışlarına hazırlanmasında göstərdiyi xidmətlərə görə,
- Haqverdiyev Ramil Camal oğlu.
Uşaq və gənc şahmatçıların hazırlanmasında göstərdiyi xidmətlərə görə,
- Məmmədov Sədi Sərdar oğlu.
2013-cü il tarixdə keçirilən "Gənc xilasedici və yanğınsöndürən" yarışının zona və final mərhələlərində yüksək səviyyəli oyun nümayiş etdirdiyinə görə,
- Şahmarlı Qismət Fəzail oğlu;
- İltifatlı Hüseyn Asif oğlu;
- İsgəndərli İsgəndər Taleh oğlu;
- Sultanov Əsəd Arastun oğlu;
- Axundov Bəxtiyar Hacağa oğlu;
- Muradxanlı Nurlan Qalib oğlu;
- Hüseynov Şaiq Natiq oğlu.
2013-cü il tarixdə keçirilən "Kompyuter oyunları üzrə VIII Azərbaycan Milli Çempionatı"nın zona və final mərhələlərində yüksək səviyyəli oyun nümayiş etdirdiyinə görə,
- Məmmədov Zaur Ələsgər oğlu;
- Zeynalov İlkin Vaqif oğlu;
- Balakişiyev Sahil Gəray oğlu;
- Mustafayev İlqar İlham oğlu;
- Abbasov Tural Teymur oğlu.
2013-cü il tarixdə keçirilən "Xəmsə" Milli İntellektual oyunu üzrə Yeniyetmələr arasında III Azərbaycan Çempionatının rayon seçim turu və zona mərhələsində yüksək səviyyəli oyun nümayiş etdirdiyinə görə,
- Nəcəfova Aysel Sabir qızı;
- Şükürova Səma İmran qızı;
- Qaraşova Vəfa Binyamin oğlu;
- Gözəlova Həmidə Nazim qızı;
- Təhməzov Orxan Telman oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB