Zahid Oruc: “KİV-in fəaliyyəti təmas xətti boyunca qadağan edilməlidir” AÇIQLAMA

Zahid Oruc: “KİV-in fəaliyyəti təmas xətti boyunca qadağan edilməlidir” AÇIQLAMA

"Bütün təmas xətti boyunca Kütləvi İnformasiya Vasitələrinin (KİV) fəaliyyətinə xüsusi rejimdə yanaşılmalıdır". Bunu SİA-ya millət vəkili Zahid Oruc təmas xətti boyunca mövqelərimizin Azərbaycan KİV-i, media vasitəsilə çəkilərək yayılmasına və düşmənin bundan istifadə edərək sərhədyanı bölgələrimizi atəşə tutmasına münasibət bildirərkən deyib.

"Müharibə öz qanunları ilə işləyir. Təbii ki, burada təhlükəsizlik tədbirləri öndə durur. Bəzən hərbi kəşfiyyatın məlumatları bizim üçün çox sadə və əl çatan olur. Sonda isə oradakı hər hansı bir vəziyyət, coğrafiya, şəraitin öyrənilməsi qarşı tərəf üçün o qədər də real məsələ kimi görünmür. Bu gün, Peyk rabitəsi vasitəsilə istənilən ərazinin sahəsini görüntüləmək və onun tam vəziyyəti haqqında məlumat almaq mümkündür. Amma reallıq bir qədər başqadır. Bu mənada hesab edirəm ki, bir mənalı şəkildə KİV-in fəaliyyəti təmas xətti boyunca qadağan edilməlidir. Mən bu məsələni dəfələrlə qaldırmışam. Düşünürəm ki, biz bununla bağlı qanunvericilikdə xüsusi bir müddəalar müəyyənləşdirməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə