Asim Mollazadə: “ATƏT-in Minsk qrupu 22 ildir ki, beynəlxalq turizmlə məşğul olub” AÇIQLAMA
"ATƏT-in Minsk qrupunun əsas problemi ondan ibarətdir ki, onlar beynəlxalq hüquq normalarına riayət etmirlər". Bunu SİA-ya millət vəkili Asim Mollazadə ATƏT-in Minsk qrupunun 22 illik fəaliyyətinə münasibət bildirərkən deyib.
Parlament üzvünün sözlərinə görə, Minsk qrupu ilk növbədə BMT TŞ-nın qətnamələrinin icrası və Azərbaycan torpaqlarının Ermənistan Silahlı Qüvvələrindən azad olunması ilə məşğul olmalıdır: "Bundan sonra isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh prosesinin vaxtı uzana bilər. Amma çox təəssüf ki, ATƏT-in Minsk qrupu tərəfindən belə bir yol seçilməyib. Beləcə onlar düz 22 il ərzində ancaq beynəlxalq turizmlə məşğul olub".
Azərbycan və Ermənistan prezidentlərinin növbəti görüşünə də toxunan A. Mollazadə bildirib ki, işğalçı ölkənin siyasətində danışıqlarla bağlı heç bir dəyişiklik olmayacaq: "Çünki qarşı tərəf yenidən bu danışıqların imitasiyasına başlayıb. Hər kəsə də məlumdur ki, onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliyə atılacaq hər bir addımdan yayınırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB