Bu gün Səbail rayon İcra Hakimiyəti ötən il gördüyü işlərlə bağlı hesabat konfransı keçirib. SİA-nın məlumatına görə, tədbirdə Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, icra başçısı Asif Əsgərov, millət vəkilləri Ziyad Səmədzadə, Şəmsəddin Hacıyev, Fuad Muradov, Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri Zahid Qaralov, media kapitanları, din xadimləri, təşkilat nümayəndələri və digərləri iştirak ediblər.
Tədbirdə Səbail 2013 adlı hesabat xarkterli film nümayiş edilib.
Daha sonra çıxış edən rayon icra başçısı Asif Əsgərov ötən il rayonda görülən işləri təhlil edərək vacib olan problemlərin aradan qaldırılması yollarından danışıb. O bildirib ki, ötən il Səbail rayonunda nəzərə çarpacaq dərəcədə müsbət dəyişikliklər baş verib, ilin yekunlarına görə sənaye müəssisələri üzrə 23 milyard 347,2 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründə olduğundan 1.2 faiz çox məhsul istehsal edilib, nəqliyyat sektorun fəaliyyət göstərən müəssisələr tərəfindən 561, 4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1.3 faiz çox nəqliyyat xidmətləri göstərilib: "2013 -cü ildə rayonda rabitə müəssisələri tərəfindən 637,8 milyon manatlıq və ya əvvəlki ilə nisbətən 0,8 faiz çox rabitə xidmətləri göstərilib. İl ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 4 milyard 217.9 milyon manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18.5 investisiya 4 milyard 217.9 milyon manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,5 faiz artıb. Tikinti işləri ilə bağlı investisiyanın həcmi 1.617,5 milyon manat olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ötən il tikinti işləri 2.5 dəfə artıb. Ötən il rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 224, 0 manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz çox istehlak malları satılıb, əhaliyə 74,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 29,3 faiz çox iaşə xidmətləri göstərilib. 2013-cü ilin yanvar -noyabr ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 114,056 nəfər, orta aylıq əmək haqqının məbləği isə 1004,2 manat olub ki, bu da əvvəlki illə müqayisədə 4.7 faiz çoxdur. Ötən il rayonda hamısı daimi olmaqla 2220 yeni iş yerləri açılıb. Ümumiyyətlə 2013-cü ilin oktyabr ayında bu ilin yanvar ayının 1-dək rayonda 40288 yeni iş yeri açılıb ki, onların 39420-i daimidir. Ötən il rayonun orta məktəblərini 1458 nəfər bitirib, 1279 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd verib, onlardan 927 nəfəri tələbə adını qazanıb. Ötən il rayon seçki prosesində də fəallığı ilə seçilib. Belə ki, 2013-cü ildə ölkəmizdə keçirilən seçkilərdə 71 faiz seçki faəllığı qeydə alınıb, seçkilərdə iştirak edənlərin 86 faizi öz səslərini İlham Heydər oğlu Əliyevə veriblər".
Tədbir davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB