Rəşxan Qaraşlı: “Ölkənin bir çox aparıcı şirkətlərində gənclərimiz təmsil olunur” AÇIQLAMA

Rəşxan Qaraşlı: “Ölkənin bir çox aparıcı şirkətlərində gənclərimiz təmsil olunur” AÇIQLAMA

"Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1997-ci ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı". Bunu SİA-ya Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin sədri Rəşxan Qaraşlı 2 fevral Gənclər Günü ilə bağlı Azərbaycan dövlətinin ölkə gəncliyinə göstərdiyi diqqətdən danışarkən deyib.

"Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. Azərbaycan gəncliyinə həm dövlətimiz, həm də cənab Prezident İlham Əliyev tərəfindən hər zaman xüsusi diqqət və qayğı vardır. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının qəbul olunması hər bir gəncin uğurundan xəbər verir. Çox qısa bir müddət ərzində gənclərimizə şamil olunan İpoteka kreditlərinin verilməsi ilə əlaqədar işlər daha da gücləndirilib. Gənclər sektoru o qədər böyükdür ki, bu gün artıq gənclər sektorunun özü bir neçə yerə bölünüb. Əgər fikir versək görərik ki, bu gün ölkənin bir çox aparıcı şirkətlərində idarəedici vəzifələrdə gənclərimiz təmsil olunur. Təbii ki, bu da bizləri daha çox sevindirir" – deyə, fikirlərini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə