ATGTİ sədri Prezident mükafatı ilə bağlı TƏƏSSÜRATLARINI BÖLÜŞDÜ

ATGTİ sədri Prezident mükafatı ilə bağlı TƏƏSSÜRATLARINI BÖLÜŞDÜ

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, mükafata layiq görülənlər arasında Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov da olub.

ATGTİ sədri təəssüratlarını bizimlə belə bölüşdü: "Xoşbəxtəm. Həqiqətən özümü çox xoşbəxt hiss edirəm. Bu gün Azərbaycanda gənclər sahəsində alına biləcək ən yüksək ad alan gənclərdən biri də mən oldum. Sadəcə bilmirəm nə yazım, sözlərimi necə ifadə edim. Cənab Prezidentə gənclərə göstərdiyi böyük diqqətə görə dərin minnətdarlığımı bildirirəm. O, bir daha Azərbaycan gənclərinin dostu olduğunu göstərdi. Eyni zamanda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə də təşəkkürümü bildirirəm. Həqiqətən sözlərlə ifadə olunmayacaq qədər xoşbəxtəm".

Bütün xəbərlər Facebook səhifəmizdə