Bu gün "Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyində "Azərbaycan Gənclər Fondu: nailiyyətlər və perspektivlər" mövzusunda elmi seminar keçirilib. SİA-nın məlumatına görə, seminarın qonağı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun "Strateji planlaşdırma və beynəlxalq əlaqələr" sektorunun müdiri Orxan Ərəbov olub.
"GEAD" İctimai Birliyinin sədri Məmmədəli Babaşlı tədbiri giriş sözü ilə açaraq seminar iştirakçılarını İctimai Birliyin fəaliyyəti, gördüyü işlər haqqında və seminarın mahiyyəti ilə bağlı geniş məlumat verib.
Daha sonra M. Babaşlı "Azərbaycan Gənclər Fondu: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən seminarın əhəmiyyəti barədə gələn qonaqlara məlumat verib.
Sektor müdiri Orxan Ərəbov "Azərbaycan Gənclər Fondu: nailiyyətlər və perspektivlər" mövzusunda belə bir seminarın keçirilməsinin çox əhəmiyyətli olduğunu bildirərək Gənclər Fondunun fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. O. Ərəbov Gənclər Fondunun qısa bir müddət ərzində bir sıra əhəmiyyətli məsələləri həll etdiyini bildirərək, fondun yerli və regional layihələrlə yanaşı, bir sıra beynəlxalq layihələri də maliyyələşdirdiyini, beynəlxalq layihələrdə tərəfdaş qismində çıxış etdiyini və gənclərin, xüsusilə, elmi tədqiqatlarına dəstək verdiklərini bildirib.
Daha sonra Fondun İstanbulda keçirilmiş "Dövlətlərarası Əməkdaşlığın İnkişafı Prosesində Gənc Liderlərin Rolu", Vyanada keçirilmiş "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" və "Sərhədsiz gənclər əməkdaşlığı" adlı beynəlxalq forumlardan və bu kimi digər böyük miqyaslı beynəlxalq tədbirlərə də Gənclər Fondu dəstək verdiyini qeyd edib.
Səmimi şəraitdə baş tutan görüşdə İctimai Birliyin üzvlərinin suallarını cavablandıran Orxan Ərəbov onlara mövzu ilə bağlı dəyərli tövsiyələrini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB