DQB KAXP və AzDP-yə sonuncu şərtini irəli sürdü TƏLƏB

Əvəz Temirxan"Ya orda ol, yada burda ol"
DQB KAXP və AzDP-yə sonuncu şərtini irəli sürdü TƏLƏB

Bir neçə gün öncə Demokratik Qüvvələr Birliyinin (DQB) təsisçilərindən biri olan AMİP sədri Yusif Bağırzadənin KAXCP sədri Mirmahmud Mirəlioğlunu və yeni yaradılmış Azad Demokratlar Partiyasının təşkilat komitəsinin sədri Sülhəddin Əkbəri Milli Şuradan çıxaraq DQB-yə geri dönmələri ilə bağlı şərt irəli sürməsindən sonra bu dəfə adıçəkilən qurumda təmsil olunan Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan da eyni mövqedən çıxış edib. SİA-nın məlumatına görə, ALP sədri Mirmahmid Mirəlioğluna və Sülhəddin Əkbərə müraciətində qeyd edib ki, onlar ya DQB-yə geri dönməli, ya da bu qurumdan istefa verməlidirlər: "Demokratik Qüvvələr Birliyi əslində Demokratik Qüvvələrin Məşvərət Məclisinin davamıdır. Burada yeddi partiya təmsil olunur. Əsas məqsəd partiyalararası münasibətlərdə əməkdaşlığın təmin edilməsidir. Bu əməkdaşlığın hansı formada davam edəcəyini gələcək göstərəcək".

DQB-ni Milli Şuradan demokratik qurum hesab etdiyini deyən Temirxan onu da qeyd edib ki, quruma sədrliyi partiyalar növbə ilə həyata keçirir. Həm Milli Şurada, həm də DQB-də olmaq doğru deyil. Hələ zaman var. İndi bu partiyalara "ya orda ol, ya da burada ol" tələbini irəli sürmürük. Ancaq zamanı gələndə bu səsləndiriləcək."

Xatırladaq ki, AMİP sədri DQB-nin seçki blokuna çevriləcəyi anonsunu da vermişdi.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə