Türkiyənin Şimali Kipr Türk Cümhuriyyətinə yardım və dəstəyi davam edir. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu məqsədlə Baş nazirin köməkçisi Bəşir Atalay, Enerji və Təbii sərvətlər naziri Taner Yıldız və Meşə və Su işləri naziri Veysəl Əroğlu Şimali Kipr Türk Cümhuriyyətinə səfər ediblər.
Nümayəndə heyəti Prezident Dərviş Əroğlu və Baş nazir Özkan Yorqancı ilə təkbətək görüşlər keçiriblər.
Görüş zamanı maliyyə proqramları, su və enerji sahəsindəki yatırımlar müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB