Nüvə proqramına dair müzakirələr Vyanada keçiriləcək

Nüvə proqramına dair müzakirələr Vyanada keçiriləcək

İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüş keçirən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton, nüvə proqramına dair müzakirələrin fevralın 18-20-də Vyanada keçiriləcəyini açıqlayıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Zərif ilə keçirdiyi görüşün gerçəktən maraqlı olduğunu bildirən Eşton, görüşdən bu mərhələdə əldə edilən ən önəmli nəticənin müzakirələrə başlanması olduğunu vurğulayıb.

BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ABŞ, Çin, Rusiya, Fransa, İngiltərə ilə Almaniyadan ibarət "altılıq ölkələri ilə İran arasındakı müzakirələr, Vyanadakı BMT qərargahında baş tutacaq.

İran ilə daha öncə əldə edilən müvəqqəti anlaşma, yanvarın 20-də rəsmi olaraq qüvvəyə minib. Anlaşmaya əsasən İran, nüvə fəaliyyətlərini məhdud edib, qərbli ölkələr isə, Tehran anlaşmasının şərtlərinə əməl edəcəyi təqdirdə sanksiyaları 6 aylığına təxirə salıb.

Bütün xəbərlər Facebook səhifəmizdə