Baş nazirin müavini: “Azərbaycan bu provokasiyalara layiqincə cavab verib” MÜNASİBƏT
"Azərbaycan müharibəyə hazırdır. Bununla belə, cəbhə xəttində ermənilərin provakasiyaları əsasında baş verən hadisələr və onların nəticələri Azərbaycanın müharibəyə kifayət qədər yüksək əhval-ruhiyyədə hazır olduğundan xəbər verir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi Əli Əhmədov cəbhə xəttində baş verən hadisələrə münasibət bildirərkən söyləyib.
Baş nazirin müavininin sözlərinə görə, bütövlükdə erməni tərəfindən verilən reaksiyalar bunu bir daha təsdiq edir: "Güman edirəm ki, ermənilər daxili narazılıqlardan insanların fikrini yayındırmaq məqsədilə cəbhə xəttində provakasayilar etməyə çalışırlar və bununla da daxili auditoriyanın fikrini yayındırmaq istəyirlər. Hesab edirəm ki, Azərbaycan bu provokasiyalara layiqincə cavab verib. Amma söhbət təkcə həmin provakasiyalara konkret cavab verməkdən daha çox, Azərbaycanın hərbi qüdrətinin kifayət qədər güclü olduğunu nümayiş etdirməkdən gedir. Bu, Azərbaycanın hərbi gücünün və öz torpaqlarını hər zaman işğaldan azad etməyə hazır olduğunun nümayiş obrazıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB