Rəsul Quliyev: “AXCP və Musavatın “ana müxalifət” arzusu parça-parça olub”
"Qeyd etdiyim kimi, heç bir yeni partiya yaratmaq fikirimin olmadığını bir daha təsdiqləyirəm". SİA xəbər verir ki, bu barədə eks-spiker, Açıq Cəmiyyət Partiyasının (ACP) keçmiş lideri Rəsul Quliyev sosial şəbəkələrdə onun siyasi təşkilat yaratması barədə gəzən söz-söhbətlərə münasibətini açıqlayarkən bildirib.
Rəsul Quliyev bu dəfə də Milli Şura səri Cəmil Həsənlini və AXCP-Müsavat partiyalarını hədəfə alaraq, onları kəskin ittiham edib və bildirib ki, artıq ölkədə heç bir "ana müxalifət" partiyası, eləcə də müxaligəti bir araya gətirən siyasi qurum yoxdur: "Düşünürəm ki, Milli Şura adı altında faktiki yenidən partiyasına qayıtmış Cəmil Həsənlini əlavə etməklə Xalq Cəbhəsi və Musavat partiyalarının "ana müxalifət"lik iddiaları sonuncu prezident seçkisinin qayasına dəyib parça- parça olub".
Eks-spiker müxalifətin yeniləşməsi barədə də fikirlərini açıqlayıb və bildirib ki, artıq bunun zamanı çatıb: "Belə bir şəraitdə yeni qüvvələrin ortaya çıxması labüddür"
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB