Sülh və Demokratiya İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunusun ermənilərlə və xarici ermənipərəst qurumlarla iş birliyi haqqında növbəti faktlar üzə çıxıb. SİA-nın yeniazerbaycan.com-un araşdırma qrupuna istinadən verdiyi məlumata görə, Azərbaycan cəmiyyəti əleyhinə fəaliyyət göstərən "demokratiya carçıcı" erməni xüsusi kəşfiyyat orqanları, xüsusilə, 1994-1995-ci illərdə Ermənistanın milli təhlükəsizlik naziri ilə yaxın münasibətləri olub. Belə ki, L.Yunus erməni dostu Yunus Davidin vasitəsilə Ermənistanın Tədqiqatçı Jurnalistlər Təşkilatından 50 000 avro məbləğində iki dəfə qrant alıb. Eyni zamanda 2004-cü ildə L.Yunus erməni dostu Yunus Davidin vasitəsilə Ermənistanın Tədqiqatçı Jurnalistlər Təşkilatından 50000 avro məbləğində iki dəfə qrant alıb.
Aparılan jurnalist araşdırmaları nəticəsində o da bəlli olub ki, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Nikolas Danilyansın təlimatına əsasən L.Yunus Azərbaycanda milli zəmində nifaq salmaq, etnik qarşıdurmalar yaratmaq layihəsini həyata keçirib. Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı N.Danilyansın təlimatına əsasən L.Yunus Azərbaycanda milli zəmində nifaq salmaq, etnik qarşıdurmalar yaratmaq layihəsini həyata keçirib. Habelə, L.Yunusun Rusiya Dumasının erməni deputatı Marina Salyan və ermənipərəst hüquq müdafiəçisi Qalina Staravoytova ilə yaxın münasibəti də olub. O, Fransanın erməni lobbisi tərəfindən idarə olunan "Artelis Servis" və "Hayqrov Konstaltinq Servis" kimi QHT-lərin əməkdaşları Laura Qumaşyan və Tomas Ledikalsın da sifarişləri əsasında davamlı şəkildə Azərbaycandan casus materialları yayıb. O cümlədən, L.Yunus Ermənistanın "Region" araşdırma mərkəzi ilə birgə layihə həyata keçirib, "İctimai dialoqlar" adlanan saytda Azərbaycana qarşı "qara piar" kampaniyası aparıb. Həmin saytda Azərbaycanın ərazi bütövlüyü sual altına qoyulub, separatçı "DQR" "müstəqil dövlət" kimi qələmə verilib. L.Yunus ermənilərin Almaniyanın Esslingen Neckar şəhərində təşkil etdiyi konfransda çıxış edib, rəhbəri olduğu Sülh və Demokratiya İnstitutunun Əkrəm Əylislinin müdafiəsinə qalxan ilk təşkilat olduğunu fəxrlə bəyan edib.
Xatırladaq ki, L.Yunus Azərbaycanda keçirilən "Eurovision-2012" mahnı yarışmasında xarici donor təşkilatlarının ayırdığı qarantlar müqabilində RATİ rəhbəri Emin Hüseynli ilə birgə "Demokratiya naminə oxu" kampaniyasını təşkil edərək, xarici jurnalistlər qarşısında ölkə uğurlarına kölgə salmağa cəhd edib və yalnız söyüş söyəndə Azərbaycan dilində danışdığını etiraf edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB