Sumqayıtda 2 fevral - Gənclər Günü ilə əlaqədar tədbir keçirilib FOTOLAR
Bu gün Sumqayıt şəhərində Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı Gənclər Birliyi 2 fevral - Gənclər Günü ilə əlaqədar tədbir keçirib. SİA-nın məlumatına görə, tədbiri YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri Elmar Məmmədov açıq elan edərək deyib ki, son 20 il ərzində Azərbaycanda gənclər siyasəti çox uğurla həyata keçirilir.
Daha sonra YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Orucəli Allahverdiyev vurğulayıb ki, gənclər milli ruhda yetişməlidir. Xüsusilə, qloballaşan dünyada buna böyük ehtiyac var.
Sonra YAP Sumqayıt şəhər təşkilatı sədr müavini Elmar Xəlilov və fəal gənc Tale Mürşüdzadə söz alaraq gənclərlə bağlı fikirlərini bölüşüblər.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyev 1997-ci il fevralın 1-də "2 fevral" - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzalayıb, həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB