“Freedom House”-dən növbəti HƏYASIZLIQ

Qərəzli təşkilat yenidən Dağlıq Qarabağı “mübahisəli ərazi” adlandırdı
“Freedom House”-dən növbəti HƏYASIZLIQ

ABŞ-da fəaliyyət göstərən "Freedom House" hüquq-müdafiə təşkilatı qurumun hesabatı ilə bağlı ittihamları cavablandırarkən yenidən siyasi həyasızlığını nümayiş etdirib. SİA-nın məlumatına görə, "Freedom House"un araşdırmalar üzrə vitse-prezidenti Arç Paddinqton müxalifətyönlü "Turan" informasiya agentliyinə müsahibə verərkən növbəti dəfə bildirib ki, Dağlıq Qarabağ statusu müəyyənləşməyən ərazidir: "İki problem var. Onlardan biri odur ki, biz Dağlıq Qarabağa dair ayrıca hesabat təqdim edirik. Ancaq bunu yenidən izah etməkdən məmnun olaram".

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi "Freedom House"un Dağlıq Qarabağı "qismən azad ölkələr" siyahısına daxil etməsindən narazılığını bildirib. Bu amil isə ölkə ictimaiyyəti tərəfindən qurumun ermənipərəst mövqe tutması kimi qiymətləndirilib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə