BAXCP Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edib

BAXCP Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi münasibətilə bu gün Novxanıda yerləşən abidəsini ziyarət ediblər.

BAXCP-dən SİA-ya verilən məlumata görə, daha sonra partiyanın mərkəzi qərargahında elmi-praktik konfrans keçirilib.

Konfransda tarixçi alim, BAXCP -nin humanitar məsələlər üzrə katibi Vaqif Abışov məruzə ilə çıxış edərək Məhəmməd Əmin Rəsulzadənin siyasi və elmi fəaliyyətindən danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə