Rəsul Quliyev: “20 illik ‘’fəaliyyət”lərindən nəhayət xəcalət çəkməlidirlər”
"Azərbaycanda liderlərin yalan danışmaqları əndazəni çoxdan aşıb". SİA xəbər verir ki, bu barədə eks-spiker, Açıq Cəmiyyət Partiyasının keçmiş lideri Rəsul Quliyev radikal düşərgə liderlərinin məğlub olmalarına rəğmən, hələ də istefa verməməklərinə münasibətini açıqlayarkən deyib.
Rəsul Quliyev AXCP və Müsavat rəhbərliklərini eyham vuraraq onları yarasız adlandırıb: "Məsələ ondadır ki, bu başabəla liderlər dəyişiklik etmək üçün yaramadıqlarını özləri də başa düşür".
Müxalifət liderlərinin ətrafında elektoratın olmadığını da səbəb kimi göstərən eks-spiker bildirib ki, vaxtilə onların keçirdikləri mitinqlərdə ictimaiyyət bunun şahidi olub: "Qiymətlərin qalxması ilə əlaqədar müxalifət mitinq elan etdi. Qiymətlərin qaxmasından narazı olanların sayı heç olmazsa 1-2 milyon olardı, ya yox? Əgər bu mitinqə 700-800 adam çıxırsa bu nə deməkdir? Bu, "yaxamızdan əl çəkin" deməkdir".
Rəsul Quliyev ənənəvi müxalifət liderlərinin heç vaxt istefa verməyəcəklərini bildirərək burada onların maraqlarının olduğunu da istisna etməyib: "Çaylar tərsinə axa bilər, ancaq bu adamlar heç vaxt istefa verməz. Partiyalar liderlərini dəyişməlidirlər. Liderlər 20 illik ‘’fəaliyyət"lərindən nəhayət xəcalət çəkməlidirlər, özlərinin şəxsi, ucuz maraqlarına bu milləti qurban verməməlidirlər".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB