Bu gün QHT-lərə Dövlət Dəstəyi Şurasında Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" və "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunlara etdiyi əlavə və dəyişikliklər müzakirə edilib. SİA-nın məlumatına görə, tədbirdə Şura sədri Azay Quliyev, Milli Məclisin Hüquu siyasət və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Ədliyyə nazirliyinin əməkdaşları və QHT rəhbərləri iştirak ediblər.
Tədbirdə ilk çıxış edən Azay Quliyev bildirib ki, sözügedən qanun layihəsi Milli Məclisdə müzakirə edilib və qəbul olunaraq Prezident Administrasiyasına göndərilib.
Onun sözlərinə görə, lakin buna baxmayaraq, qanunla bağlı Şuraya bir sıra rəylər daxil olub ki, onların bir hissəsi yerli, digər hissəsi isə beynəlxalq təşkilatlar tərəfindən təqdim edilib: "QHT-lərin nəzərinə çatdıraq ki, qanun layihəsi mübahisəli məqamlar nəzərə alınaraq qəbul olunub".
Daha sonra çıxış edən Milli Məclisin Hüquq siyasəti və Dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin sözlərinə görə, qanun layihəsinin qəbul edilməsində məqsəd QHT-lərin fəaliyyətinə müsbət mənada təsir etmək, beynəlxalq təşkilatların filial və nümayəndəliklərilə bağlı boşluğu aradan qaldırmaqdır: "Lakin biz düşünmürdük ki, bu normaların QHT-lər tərəfindən sərt reaksiyaya səbəb olacaq. Bu normalar şəffaflığa yönəlib. QHT-lər hər zaman şəffaflıqla bağlı məsələləri önə çəkirlər. Belə olan təqdirdə onlar da şəffaf fəaliyyət göstərməlidirlər. Bu baxımdan düşünürəm ki, narazılığa heç bir səbəb olmamalıdır. "İnzibati Xətalar" Məcəlləsinə edilən dəyişikliklərdə cərimələrlə bağlı sərt sanksiyalar tətbiq olunub. Lakin burada bizim məqsədimiz vətəndaşlardan sanksiyaları yerinə yetirməyi tələb etmək deyil. Onların qanuna uyğun şəkildə fəaliyyət göstərməsi vacibdir. Sərt sanksiyalar onların qanun çərçivəsində fəaliyyətinə gətirib çıxaracaq, bir çox məsələlərdə nizam yaranacaq. Amma nədənsə bəzi opponentlər düşünürlər ki, cərimələrin yüksək olması vətəndaşlara süni şəkildə sanksiyalar tətbiq etməkdir. Xeyr, bu, sadəcə xəbərdarlıqdır".
Daha sonra müzakirələrdə çıxış edən QHT rəhbərləri qanun layihəsində nəzərdə tutulan bəzi dəyişikliklərlə bağlı öz narazılıqlarını bildiriblər.
Müzakirələrdə Əli Hüseynli təqdim edilən sualları cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB