"Mən AXCP-nin və "Azadlıq" qəzetinin, həmçinin Natiq Ədilovun söylədiklərinə heç bir cavab verməyəcəm və sabaha qədər moratorium elan edirəm. Sabah isə hər birinə ətraflı cavab verəcəyəm". Bu fikirləri SİA-ya "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu AXCP sədrinin mətbuat katibi Natiq Ədilovun "Rauf Arifoğlu şantajçıdır" fikrinə münasibət bildirərkən söyləyib.
Xatırladaq ki, Rauf Arifoğlu bir neçə gün bundan öncə AXCP sədri Əli Kərimli haqqında hələ də açıqlanmayan faktların olduğunu və zamanı çatanda həmin faktları ictimaiyyətə təqdim edəcəyini bəyan etmişdi.
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB