Tural Abbaslı: “Müsavat Partiyası ayrılıqda abidəni ziyarət edəcək”
Bu gün Azərbaycan Demokratik Respublikasının qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Xatırladaq ki, 130 illik yubileyi münasibəti ilə Rəsulzadənin abidəsi önündə Müsavat Partiyası saat 11.00-da, AXCP və KXCP-nin də daxil olduğu Milli Şura isə saat 12-də abidə önündə mərasim keçirməyi planlaşdırıb.
Partiyaların abidə önünə eyni vaxtda deyil, müxtəlif vaxtlarda getməsinə münasibət bildirən Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı SİA-ya açıqlamasında bildirib ki, Müsavat Milli Şurada təmsil olunmadığı üçün abidəni tək və ayrı vaxtda ziyarət etməyi məsləhət bilib: "Milli Şurada təmsil olunanlar ayrılıqda, Müsavat Partiyası da ayrılıqda abidəni ziyarət edəcək. Burada həm "texniki məsələlər" və həm də Milli Şura ilə Müsavatın abidəni ziyarət etməsindəki, fikir ayrılıqlarını səbəb göstərə bilərəm".
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB