"Kefim istədiyi vaxt Rauf Arifoğludan ürəyim istəyəni yazacam. Raufun hansısa şərhi, yazısı mənim üçün maraqlı deyil. Rauf Arifoğlu şantajçıdır". Bu fikirləri SİA-ya açıqlamasında AXCP sədrinin mətbuat katibi və "Azadlıq" qəzetinin yazarı Natiq Ədilov Rauf Arifoğlunun Əli Kərimli haqqında əlində olan gizli və utandırıcı faktları üzə çıxaracağı ilə bağlı fikirlərinə münasibət bildirərkən söyləyib.
Natiq Ədilov ona ünvanladığımız suallara həddən ziyadə aqressiv şəkildə cavab verərək, həmçinin, onu da qeyd edib ki, Əli Kərimlinin haqqında dövlətdə hansısa məlumat ola bilər: "Əli bəy haqqında hökumətdə hansısa məlumatlar ola bilər, Rauf Arifoğluda yox. Rauf kimdir ki, onda nəsə utandırıcı və ya gizli məlumatlar olsun?!".
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB