Zakir Həsənov Serbiyanın Azərbaycandakı səfrini qəbul edib FOTO

Zakir Həsənov Serbiyanın Azərbaycandakı səfrini qəbul edib FOTO

Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov Serbiyanın Azərbaycan fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviçi qəbul edib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, müdafiə naziri qonaqla Azərbaycan-Serbiya ikitərəfli hərbi əməkdaşlıq, regiondakı hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məsələləri müzakirə edib.

General-polkovnik Zakir Həsənov Qarabağ probleminin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həllində Serbiyanın göstərdiyi dəstəyə görə səfirə minnətdarlığını bildirib.

Öz növbəsində səfir Zoran Vayoviç ölkələrimiz arasında mühüm strateji əməkdaşlığın, dost və mehriban münasibətlərin mövcudluğunu vurğulayıb, Serbiyanın hər zaman Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə tərəfdar olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə