Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) növbəti istefa olub. SİA-nın verdiyi məlumata görə, partiya sədri Əli Kərimliyə yaxınlığı ilə seçilən AXCP fəalı Qaraxan Ağayev AXCP sıralarını tərk edib.
O, istefaya səbəb kimi partiyanın yürütdüyü daxili və xarici siyasət kursunun iflasa uğramasını, partiyalararası çəkişmələri və bir sıra digər açıqlamadığı başqa məsələləri göstərib. Cəbhəçi funksioner yaxın günlərdə bu barədə mətbuata daha geniş açıqlama verəcəyini bildirib. Qaraxan Ağayev artıq ərizəsini partiya rəhbərliyinə çatdırdığını da bildirib.
AXCP-çi bundan sonrakı fəaliyyətini ölkənin suverenliyinin qorunmasına və ailəsinə sərf edəcəyini xüsusi olaraq vurğulayıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB