Yevda Abramov: "Suriyaya döyüşməyə gedən şəxslər müəyyən qrupların toruna düşüblər”
"Suriyaya döyüşməyə gedən şəxslər müəyyən qrupların toruna düşüblər. Onlar Suriyaya daha çox Qusardan, Balakəndən, Sumqayıtdan gedirlər. Bu şəxslər hansısa qrupların təsiri altına düşərək onların şirin vədlərinə aldanıblar". Bu fikirləri millət vəkili Yevda Abramov Azərbaycandan Suriyaya döyüşməyə gedən radikal dini təriqətlərin üzvlərinin yad bir ölkəyə gedərək orada döyüşməsinə münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, kütləvi informasiya vasitələri fəal olmalı, insanlar arasında ciddi maarifləndirmə işləri aparmalıdır: "Şalvarı qısa, üzü saqqallı şəxslər elə bir şey ediblər ki, ona görə də Suriyaya gedərək orada döyüşməyə məcburdurlar. Onların hansısa öhdəlikləri var. Onları qorxudurlar, onlara vədlər verirlər, hansısa müqavilələr bağlayırlar. Sonra da deyirlər ki, sən döyüşə get, ya da haradasa terror hadisəsini həyata keçir. Biz isə sənin burada ailənə böyük məbləğdə pul verəcəyik. Özün də cənnətə düşəcəksən. Mən Fələstində bir hadisənin şahidi olmuşdum. Orada terrorçular bir ərəb ailəsinin azyaşlı qızını tutub qardaşını məcbur edirlər ki, əgər biz deyəni etməsən bu qızın namusuna toxunacağıq. HƏMAS və ASALA-nın terrorçu addımları göz qabağındadır. İndi radikal dini təriqətlərin üzvləri bilməlidirlər ki, hər hansı yad bir ölkədə döyüşdə, terror hadisəsində iştirak edirsə, bu, cihad deyil.Onların bu hərəkətləri Quranda da pislənir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB