Nurəddin Mehdiyev: “Ölkə gəncliyi Azərbaycanda aparılan siyasəti tam dəstəkləyir” AÇIQLAMA
"Ümummilli lider Heydər Əliyevin gənclərə verdiyi qiymət, üstünlük, əhəmiyyət sonrakı illərdə də Azərbaycanda gənclər siyasətinə işıq tutdu və onun müəyyənləşməsini istiqamətləndirdi. Bu baxımdan müxtəlif normativ hüquqi aktlar, Gənclər siyasəti haqqında qanun, Dövlət Proqramları qəbul olundu və s." Bunu SİA-ya "Bizim Nəsil" Gənclərinin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyev dövlətimiz tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışarkən deyib.
"Məlumdur ki, müstəqil Azərbaycan Gənclər siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər hakimiyyətə gəldikdən sonra 1994-cü ildə ölkə tarixində ilk dəfə gənclər siyasətini tənzimləyən Gənclər və İdman Nazirliyi yaradıldı. Azərbaycan yeganə ölkələrdəndir ki, burada Gənclər və İdman Nazirliyi, dövlət qurumları tərəfindən, eləcə də ictimai sektorda (gənclərin fəallığı nöqteyi-cəhətdən) fəal gənclər siyasəti həyata keçirilir. Bu gün ölkəmizdə fəaliyyət göstərən 260-dan çox gənclər təşkilatını buna bariz nümunə olaraq göstərə bilərik. Gənclər təşkilatının tam əksəriyyəti Azərbaycan dövlətçiliyinə bağlı təşkilatlardır və onlar bunu şüurlu şəkildə həyata keçirirlər.
Bu gün aparılan siyasət nəticəsində Azərbaycan gəncliyinin tam əksəriyyəti ölkədə aparılan siyasi kursu, daxili və xarici siyasəti dəstəkləyirlər. Çünki bu siyasət əhalisinin əksər hissəsi gənc olan Azərbaycanın gələcək inkişafına yönəlmiş bir siyasətdir. Ölkəmizin iqtisadi uğuru, Qafqazda tutduğu mövqe, dövlətimizdə aparılan siyasi islahatlar tam əminliklə onu deməyə əsas verir ki, Azərbaycanda aparılan siyasəti ölkə gəncliyi tam dəstəkləyir. Hətta 2013-cü ilin 9 oktyabrında cənab Prezident İlham Əliyevin üçüncü müddətə ölkə rəhbəri seçilməsində də Azərbaycan gəncliyi öz sözünü dedi" – deyə, N.Mehdiyev sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB