Politoloq: “Harada müsəlman varsa, İranın orada problemi var” AÇIQLAMA

Politoloq: “Harada müsəlman varsa, İranın orada problemi var” AÇIQLAMA

"İranın indiki rəhbərliyi Şimal qonşuları yəni Azərbaycan, Türkmənistan Rusiya ilə münasibətlərində dəyişikliyə hazır deyil və heç bir dəyişikliyi də qəbul etmir". Bu sözləri SİA-ya politoloq Mübariz Əhmədoğlu İran-Azərbaycan, İran-Türkmənistan münasibətləri haqqında danışarkən deyib.

Politoloq vurğulayıb ki, son günlər Türkmənistanla İran arasında gərginlik daha da artıb. Onun sözlərinə görə, hətta vəziyyət o yerə gəlib çatıb ki, Qazaxıstan -Türkmənistan -İran dəmir yolunun tikintisi dayandırılıb: "Son günlər İranla Türkmənistan arasında münasibətlərdə kəskinləşmə özünü göstərir. İran siyasətinə etiraz olaraq Türkmənistan İranın Qazaxıstana gedən dəmir yolunun tikintisi dayandırıb. Bundan əvvəl Qazaxıstan İrandan gələn tikinti mallarının satışını dayandırmışdı. Ondan da bir az qabaq Türkmənistan İrana satdığı qazın qiymətini qaldırmışdı. Bizə elə gəlir ki, İranın problemi təkcə Azərbaycanladır. Lakin bu, belə deyil. Harada müsəlman varsa, İranın orada problemi var. Bütün bunları nəzərə alsaq İranın həm Azərbaycan, həm də Türkmənistanla olan problemlərini yaxın vaxtlarda həll etməsi inandırıcı deyil. Xüsusən də İranda belə bir əhval- ruhiyyə görünmür".

Bütün xəbərlər Facebook səhifəmizdə