Sülhəddin Əkbər: “Biz öz qərarımızı o zaman verəcəyik”

Sülhəddin Əkbər: “Biz öz qərarımızı o zaman verəcəyik”

"Bu məsələ Demokratik Qüvvələrin Birliyində müzakirə olunmayıb. Müzakirə olunandan sonra biz öz qərarımızı o zaman verəcəyik". Bu fikirləri Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər AMİP sədrinin DQB-də təmsil olunan partiyaların Milli Şuradan çıxaraq seçki blokuna qoşulma təklifinə münasibət bildirərkən deyib.

Gələcək seçkilərə Azad Demokratlar Partiyasının Milli Şuranın tərkibində gedib-getməyəcəyinə aydınlıq gətirən S.Əkbər bu barədə danışmağın hələki tez olduğunu deyib: "2015-ci ilə hələ kifayət qədər vaxt var. Ondan əvvəl bu il ölkədə bələdiyyə seçkiləri var və bu barədə düşünürük".

Bütün xəbərlər Facebook səhifəmizdə