Georgi Fyodorov: “Yanukoviç şəxsi təhlükəsizliyi zəmanəti ilə istefaya getməlidir”

Georgi Fyodorov: “Yanukoviç şəxsi təhlükəsizliyi zəmanəti ilə istefaya getməlidir”

"Ukraynada daxili proseslərə bütün xarici təsirləri məhdudlaşdırmaq lazımdır". Bu haqda SİA-ya eksklüziv açıqlamasında rusiyalı politoloq Georgi Fyodorov Ukraynadakı böhran barəsində danışarkən deyib.

Onun sözlərinə görə, hansı yolla olursa-olsun, Ukrynada referendum keçirmək mütləqdir: "Düşünürəm ki, Ukraynada ictimai asayişə riayət etməklə dövlət başçısı Viktor Yanukoviç şəxsi təhlükəsizliyi zəmanəti ilə istefaya getməlidir. Bu, koalisiya hökumətinin formalaşması üçün gərəkli addımlardır. Daha sonra Ukraynada növbədənkənar seçkilər keçirilməlidir və bir sözlə Ukrayna faktiki federasiya halına salınmalıdır".

Ülkər Musazadə

Bütün xəbərlər Facebook səhifəmizdə