Parlamentin ilk iclasının gündəliyi məlum oldu

Parlamentin ilk iclasının gündəliyi məlum oldu

Milli Məclisin yaz sessiyası üçün ilk plenar iclasının gündəliyi məlum olub. SİA-nın xəbərinə görə, bu barədə parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

Onun sözlərinə görə, iclasın gündəliyinə 14 məsələ daxil edilib: "Gündəliyə salınan ilk 3 məsələ Milli Məclisin fəailləyi ilə bağlıdır. Belə ki, iclasda parlamentin İntizam və Hesablayıcı kmissiyasının yenidən təşkil edilməsi, eyni zamanda 2014-cü il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə olunacaq".

İclasda eyni zamanda "Azərbaycan hökuməti və Peru arasında diplomatik və xidməti/xüsusi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında", "Azərbaycan və İsrail arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında", eləcə də "Azərbaycan və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında" sazişlərə baxılacaq.

- Avropa Şurasının "Terrorçuluğun qarşısının alınması haqqında" konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsi;

- "Azərbaycan və Türkiyə arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında" sazişin təsdiq edilməsi;

- "Azərbaycan və Türkiyə arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair" sazişin təsdiq edilməsi barədə qanun layihəsi;

- "Beynəlxalq telekommunikasiya Reqlamenti"nin təsdiq edilməsi haqqında;

- "Heydər Əliyev" ordeninin təsis edilməsi haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi;

- Cinayət-Prossesual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi;

- Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihəsi;

Bütün xəbərlər Facebook səhifəmizdə