Bu gün "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılovanın "Səs" qəzeti redaksiyasına qarşı "şərəfin, ləyaqətin və işgüzar nüfuzunun müdafiəsi və mənəvi zərərinin ödənilməsi" haqqında Səbail rayon Məhkəməsi qarşısında qaldırdığı növbəti iddia ərizəsi üzrə məhkəmə iclası keçirilib. SİA-nın xəbərinə görə, Səbail Rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun sədrliyi ilə keçirilən iclasda "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılovanın "Səs" qəzetinə qarşı qaldırdığı məhkəmə iddiası bu dəfə də təmin olunmayıb.
Məhkəmə X.İsmayılovanın iddiasının cəmiyyətdə böyük hörmətə və nüfuza malik "Səs" qəzetini gözdən salmağa yönəldiyini, Azərbaycanda hüquqi-demokratik dövlət quruluculuğunda azad, demokratik məhkəmə instansiyalarından yararlanmaqla, özünün təbliğatını qurmağa çalışdığını əsas gətirərək iddiasını rədd edərək işə xitam verib.
Qeyd edək ki, artıq X.İsmayılova təqribən eyni predmet üzrə dördüncü dəfədir ki, "Səs" qəzeti haqqında məhkəmələrdə iddia qaldırır. Ancaq bütün instansiya məhkəmələri, yəni Səbail rayon Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin Kollegiyası Xədicə İsmayılovanın "Səs" qəzetinə qarşı qaldırdığı iddia ərizələrini əsassız hesab edərək rədd edib. Buna baxmayaraq, X.İsmayılova qərəzli yanaşmasından əl çəkmir. Hesab edirik ki, X.İsmayılova məğlubiyyətlərindən nəticə çıxararaq əsassız iddialarından əl çəkəcək. Ən azından biz ümid edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB