İtaliyalı dostlarımıza təşəkkür edirik

İtaliyalı dostlarımıza təşəkkür edirik

Türkiyə prezidenti Abdullah Gül, Türkiyə ilə İtaliyanın Avropanın gələcəyinin yaranmasında əməkdaşlıq etməkdə qərarlı olduğunu bildirib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu Abdullah Gül İtaliyada rəsmi səfərdə olarkən İtaliya prezidenti Giorgio Napolitano tərəfindən onun şərəfinə təşkil olunan şam yeməyində çıxışı zamanı deyib.

A. Gül çıxışında iki ölkə arasında mədəniyyət sahəsindəki əlaqələrdən danışaraq deyib ki, Romada açılan Yunus Əmrə Mədəniyyət Mərkəzinin bu əlaqələri daha da möhkəmləndirəcək: "Avropa İttifaqına üzvlük prosesində bizə hər zaman güclü tərzdə dəstək verən İtaliyalı dostlarımıza təşəkkür edirik.

Gül, iki ölkə münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyini də dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə