Elman Nəsirli: “Rəsmi İrəvanın məqsədi diqqəti daxili problemlərdən yayındırmaqdır”

Elman Nəsirli: “Rəsmi İrəvanın məqsədi diqqəti daxili problemlərdən yayındırmaqdır”

"Ermənistanın son günlər atəşkəs rejimini intensiv olaraq pozmasının bir sıra səbəbləri var". Bu haqda SİA-ya açıqlamasında politoloq Elman Nəsirli ermənilərin atəşkəs rejminin intesiv şəkildə pozması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, dünyanın diqqəti Soçi Olimpiadasına yönəldiyi vaxtda Ermənistan dezinformasiya maşınından maksimum bəhrələnmək istəyir: "Ermənilər Soçiyə yaxın ərazi sayılan Cənubi Qafqazda münaqişəni daha da gərginləşdirmək, atəşkəsin guya Azərbaycanın pozduğunu dünyaya yaymaqla informasiya müharibəsində əlavə dividentlər qazanmaq istəyirlər. Digər tərəfdən, rəsmi İrəvanın başlıca məqsədi böhran içində çabalayan əhalinin əsas diqqətini daxili problemlərdən yayındırmaqdan ibarətdir".

Politoloqun fikrincə, Ermənistanda xüsusilə təqaüd islahatları fonunda daxili gərginliyin daha da artması hakim rejimin atəşkəsi pozmaqla vəziyyətdən çıxmaq ssenarisini işə salmağa vadar edib: "Fevral ayında prezidentlər səviyyəsində keçirilməsi planlaşdırılan görüşün əsas mövzuzunun məhz atəşkəs rejiminin qorunub saxlanmasına həsr edilməsi Ermənistanın əsas məqsədlərindən biridir. Elə buna görə də işğalçı ölkə atəşkəsi intensiv olaraq pozmaq siyasətini davam etdirir".

Ülkər Musazadə

Bütün xəbərlər Facebook səhifəmizdə