"Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 noyabr tarixli Sərəncamına uyğun olaraq, Karlton Universitetində "Azərbaycan: dünən və bu gün" adlı konfrans keçirilib.
SİA-nın AzərTAc-a istinadən verdiyi xəbərə görə, Karlton Universitetinin Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun direktoru Cef Sahadeonun sədrliyi ilə keçən konfransda çıxış edən səfir Fərid Şəfiyev ölkələrimiz arasında əlaqələrin inkişafında elmi araşdırmalar və tələbə mübadiləsinin vacibliyinə diqqət çəkib.
Sonra, Əlimərdan bəy Topçubaşovun yubileyi ilə bağlı səfirlik tərəfindən təşkil edilən inşa yazı yarışmasının qalibinə mükafat təqdim edilib.
Konfransda Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Rəşad İbadov "Azərbaycan Xalq Cümhuriyyəti və Məhəmməd Əmin Rəsulzadə", Kanada Parlamentinin üzvü, Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Barri Devolin "İkitərəfli diplomatiyada parlamentarilərin rolu", Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təmsilçisi Heydər Mirzə "Cənubi Qafqaz regionunda cari geosiyasi durum və Azərbaycanın xarici siyasəti" mövzusunda təqdimatla çıxış ediblər.
Bundan başqa, tədbirdə isveçrəli jurnalist Andre Vidmerin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş "Unudulmuş münaqişə" adlı kitabının təqdimatı keçirilmişdir. A.Vidmer çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, hazırkı durum və aparılan danışıqlar barədə ətraflı məlumat verib.
Sonda Karlton Universitetinin müəllim və tələbələrini maraqlandıran suallara aydınlıq gətirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB