Mİrzə Sakit: "AXCP və Müsavatda avtoritar idarəçilik hökm sürür"

“Görmürsünüzmü, qatıq qaradır?”
Mİrzə Sakit: "AXCP və Müsavatda avtoritar idarəçilik hökm sürür"

"Azadlıq" qəzetinin keçmiş satirik yazarı, keçmiş AXCP üzvü Mirzə Sakit növbəti dəfə sosial şəbəkə vasitəsilə AXCP-Müsavat qarşıdurmasına münasibətini bildirib. SİA-nın məlumatına görə, satirik yazar hələ də hər iki siyasi təşklatda avtoritar idarəçiliyin hökm sürdüyünü özünəməxsus şəkildə qeyd edib.

"Əslində bunun yolu çox sadədir. Hər iki partiya sədri üz-üzə əyləşirlər və bir-biri ilə səmimi şəkildə əl tuturlar. Və bununla da məsələ bitir. Niyəsini də deyim. Çünki müxalifətdə də avtoritarlıq var deyə sədrin təşəbbüsü və addımı partiya üzvləri tərəfindən müzakirə olunmur, sədr qatığa qara desə o birilər də hamısı bir ağızdan deyəcəklər ki, ay balam, görmürsünüzmü qatıq qapqaradır?".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə