Fərid Şahbazlı: “Azərbaycan gəncliyi dövlət idarəçiliyində yaxından iştirak edir” AÇIQLAMA

Fərid Şahbazlı: “Azərbaycan gəncliyi dövlət idarəçiliyində yaxından iştirak edir” AÇIQLAMA

"Bu gün ölkə rəhbərinin gənclərlə bağlı siyasəti gənclər sektorunu prioritet sahələrdən birinə çevirib". Bunu SİA-ya "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan danışarkən deyib.

F.Şahbazlının sözlərinə görə, Azərbaycanda dövlət gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı, gənclərlə bağlı müxtəlif dövlət proqramları qəbul edildi, gənclərin respublika forumlarının keçirilməsinə başlanıldı, gənclərlə bağlı qanunvericilik bazası təkmilləşdirildi. Gəncliyin inkişafına yönələn bu siyasət bu gün dövlət başçısı tərəfindən çox yüksək səviyyədə davam etdirilir. Bunun məntiqi nəticəsidir ki, bu gün gənclərimiz Azərbaycanda hakimiyyətin müxtəlif pillələrində təmsil olunmaqla, dövlət idarəçiliyində yaxından iştirak edirlər. Azərbaycan gəncliyi daim dövlətçiliyin yanında olub, bundan sonra da öz fəaliyyəti ilə ona göstərilən etimadı doğrultmağa çalışacaq".

""Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının qəbul olunması, eləcə də ölkə gənclərinin xaricdə təhsili ilə bağlı Dövlət Proqramının qəbul edilməsi, cənab Prezidentin çox qısa müddət ərzində bir neçə dəfə Azərbaycan gənclərinin fəal təmsilçilərini qəbul edib onların problemlərini dinləməsi, Gənclər Fondunun yaradılması və s. ölkə hakimiyyətinin gəncliyin inkişafında maraqlı olduğunu göstərir" – deyə, "İslahatçı Gənclər" İctimai Birliyinin sədri bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə