Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Avropa Şurasının gənclərlə iş komitəsinin Bürosunun iclasında iştirak edib. SİA-nın xəbərinə görə, görüşdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub, Bakıda keçiriləcək bir sıra beynəlxalq tədbirlərin təqdimatı keçirilib. Bundan əlavə, F. Hacıyev tərəfindən Avropa Gənclər Fondunun direktoru ilə əməkdaşlıq məsələləri də müzakirə edilib.
İclas zamanı gənclərlə iş komitəsinin 2013-cü ilin yekun hesabatı təqdim olunub və 2014-cü il üçün nəzərdə tutulan proqram müzakirə olunub. Eyni zamanda, iclasda gənclər üçün könüllülük proqramları, gənclərin və təşkilatların bacarıqlarını daha da inkişaf etdirmək üçün mövcud proqramlar çərçivəsində tərəfdaş ölkələrlə əlaqələrin artırılması məsələləri ətrafında diskussiyalar aparılıb.
Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə cari ilin may ayında etibarən sədrlik edəcəyi ilə bağlı Azərbaycan tərəfindən gənclər sahəsi üzrə hazırlanacaq fəaliyyət planı da müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB