"El" Hərəkatının ABŞ səfiri ilə görüşməsi fonunda ittihamlar artmaqda davam edir. SİA xəbər verir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı öz münasibətini açıqlayarkən qeyd edib ki, Hərəkat rəhbərliyi gündəmdə qalmaq üçün mətbuata əsassız informasiyalar ötürməyə başlayıblar: "Son vaxtlar ölkə mətbuatında guya ABŞ səfiri "El"i partiyaya çevirməyi tövsiyə edib və Eldar Namazovu ana müxalifət kimi dəstəkləyəcəyi barədə məlmumatlar yayılmaqdadır".
"Qəsdən belə bir dezinformasiya yayıb, siyasi divident qazanmaq istəyirlər" - deyə bildirən BAXCP sədrinin müavini sözügedən məsələ ilə bağlı onu da bildirib ki, ABŞ səfiri ölkədə müxlifət təyin etmir: "Eldar Namazov 15 ildən artıqdır ki, hakmiyyətə ən kəskin müxalif mövqe sərgiləyir. Bunu da 15 il bundan qabaq ABŞ səfiri təşkil etmişdi? Göründüyü kimi absurd bir fikirdir. Sadəcə uzun illərdir Eldar Namazov partiya yarada bilmirdi. İndi bu prosesi başlayıb və partiya qurmaq istəyir. Bu cür yalan xəbərlərlər yaymaqla daha çox adamı yaratmağa cəhd etdiyi partıyasına cəlb etmək istəyir".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB